ComfortPOS innovativ POS və anbar idarəetmə həlləri təqdim edən yerli şirkətdir. Bizim məqsədimiz kiçik və orta müəssisələrin satış prosesini sürətləndirmək, xərcləri azaltmaq və gəliri artırmaqdır. Hər zaman müştəri məmnuniyyətini ön planda saxlayırıq.
Missiyamız: Müştərilərimizə ən asan, sürətli və etibarlı POS həlləri təqdim edərək, onların biznes mühitini gücləndirməkdir.
Vizyonumuz: Regionda lider POS və anbar idarəetmə platforması olmaq, daim yenilikçi texnologiyalarla biznesləri daha rəqabətqabiliyyətli etməyi hədəfləyirik.
Hər bir layihəmizdə yüksək standartları qoruyaraq, davamlı yenilənən və etibarlı proqram təminatı hazırlayırıq.
Texnologiya trendlərini izləyərək məhsullarımızı daim təkmilləşdirir, yeni imkanlar yaradırıq.
İstifadəçi dostu interfeys və 24/7 dəstək xidməti ilə müştərilərimizin hər zaman yanında oluruq.
Şəffaflıq və dürüstlük əsas prinsiplərimizdir. Müştərilərimizə hər zaman açıq və güvənilir xidmət göstəririk.
2018-ci ildə yaradılan ComfortPOS-un ilk versiyası kiçik mağazalar üçün nəzərdə tutulmuşdu. 2020-ci ildən istehsal, pərakəndə və restoran sahələrinə uyğun modullar əlavə edərək portfelimizi genişləndirdik. Hal-hazırda 300+ müəssisə bizim həllərdən istifadə edir.
CEO & Texniki Direktor – Sistem arxitekturasını formalaşdıran və strateji qərarları müəyyənləşdirən lider.
Texniki Dəstək Mühəndisi – Müştəri problemlərini sürətli həll edən və təlim verən mütəxəssis.
Proqramçı – Yeni modulların hazırlanması və mövcud kod bazasının optimizasiyasına cavabdeh.
Layihə Meneceri – Layihələrin vaxtında və büdcə çərçivəsində icrasını təmin edən koordinatordur.