ComfortPOS Restoran

Restoranınızda sifariş, masa, mətbəx və mobil idarəetmə eyni sistemdə işləsin.

ComfortPOS Restoran buluddan asılı olmayan, sizin öz kompüterinizdə işləyən, amma dünyanın istənilən yerindən idarə edilə bilən restoran POS həllidir. Sürətli kassa, mobil garson, mobil rəhbər paneli, mətbəx ekranı və QR dijital menyu bir ekosistemdə birləşir.

600+ müəssisə ilə iş təcrübəsi
2006 ildən restoran və satış sahəsində
Local öz kompüterinizdə işləyən sistem
Masa 12 ₼ 48.60
Garson: Sifariş göndərildi
Mətbəx: Hazırlanır
Rəhbər: Satış canlı izlənir

Restoran üçün ciddi sistem

Bu proqram sadəcə hesab bağlamaq üçün deyil, restoranı idarə etmək üçün hazırlanıb.

Restoranda səhv sifariş, gecikən mətbəx, qarışan hesab və görünməyən satış itki yaradır. ComfortPOS Restoran 2006-cı ildən yığılan və 600-dən çox müəssisə ilə formalaşan təcrübə bu prosesləri sadələşdirir: kassir sürətli işləyir, garson masadan ayrılmadan sifariş göndərir, rəhbər isə obyektin vəziyyətini uzaqdan görür.

01

Masa və zal idarəetməsi

Masa açma, hesab bölmə, masa dəyişmə, qonaq sayı, servis haqqı və garson üzrə satış nəzarəti.

02

Mətbəx sifariş ekranı

Sifarişlər mətbəxə gecikmədən düşür, status izlənir və hazırlıq prosesi daha səliqəli olur.

03

Paket və çatdırılma

Zal, paket, götür-apar və çatdırılma sifarişləri qarışmadan ayrıca idarə olunur.

04

Endirim və kampaniya

Məhsul, kateqoriya, masa və müştəriyə görə endirim qaydalarını nəzarətdə saxlayın.

05

Anbar və məhsul çıxışı

Yemək satıldıqca tərkib məhsulların anbardan düşməsi və qalıq izləmə imkanları.

06

Kassir və personal nəzarəti

Növbə, kassir satışı, ləğv, qaytarma və əməliyyat tarixçəsi rəhbər üçün şəffaf görünür.

Mobil üstünlüklər

Restoranınız masa arxasında, telefonda və rəhbər panelində eyni anda işləyir.

Mobil Garson

Garson sifarişi masadan göndərir.

Garson kağızla kassaya qayıtmır. Masada məhsul seçir, qeyd əlavə edir, sifarişi mətbəxə göndərir və hesabı daha tez hazırlayır. Bu, həm sürət, həm də sifariş səhvlərinin azalması deməkdir.

  • Masa seçimi və canlı hesab
  • Məhsula qeyd və əlavə istək
  • Sifariş statusunun izlənməsi
  • Android və iOS tətbiq dəstəyi
Mobil İdarə

Rəhbər restorandan uzaqda olsa da nəzarəti itirmir.

Obyektdə olmadan günlük satış, aktiv masalar, kassir göstəriciləri və filial vəziyyətini izləmək olur. Sistem lokal işləsə də, düzgün bağlantı ilə dünyanın istənilən yerindən idarəetmə mümkündür.

  • Canlı satış və dövriyyə göstəricisi
  • Kassir, garson və filial müqayisəsi
  • Stok və əməliyyat siqnalları
  • App Store və Play Store üçün tətbiqlər
QR Dijital Menyu

Müştəri menyunu telefonda görür, restoran daha modern görünür.

QR menyu qiymət dəyişikliklərini, şəkilləri, kateqoriyaları və məhsul məlumatlarını rahat yeniləməyə imkan verir. Çap menyu xərci azalır, müştəri seçimləri daha aydın görür.

  • QR kodla sürətli açılan menyu
  • Kateqoriya, şəkil və qiymət idarəsi
  • Yeni məhsul və kampaniyaların tez göstərilməsi
  • Restoran brendinə uyğun modern təqdimat

Lokal sistem, uzaqdan idarə

Məlumatlarınız öz kompüterinizdə qalır, idarəetmə isə məsafədən mümkündür.

ComfortPOS Restoran klassik bulud sistemi kimi bütün əməliyyatları kənar serverdən asılı etmir. Proqram sizin obyektinizdə, öz kompüterinizdə işləyir. Bu yanaşma restoran üçün daha sabit, daha nəzarətli və uzunmüddətli istifadə baxımından daha rahat modeldir.

Lokal işləmənin üstünlükləri

  • İnternet zəifləsə belə obyekt daxili iş axını daha dayanıqlı qalır.
  • Məlumatlarınızın əsas bazası öz kompüterinizdə və nəzarətinizdə olur.
  • Aylıq bulud asılılığı və kənar server riski azalır.
  • Restoranın sürəti internetin keyfiyyətindən tam asılı olmur.
  • Uzaqdan bağlantı ilə istənilən yerdən idarəetmə qurula bilir.

Buluddan tam asılı olanda nələr çətinləşə bilər?

  • İnternet problemi kassanın və sifariş axınının işini ləngidə bilər.
  • Kənar serverdə nasazlıq olarsa, restoran iş prosesinə təsir edə bilər.
  • Abunəlik və əlavə xidmət xərcləri zamanla böyüyə bilər.
  • Məlumatlara giriş üçün daim provayder infrastrukturundan asılılıq yaranır.
  • Sistem sahibinin təcrübəsi zəifdirsə, problem zamanı cavab almaq çətinləşir.

App Store və Play Store

Restoran tətbiqlərimiz mobil istifadə üçün ayrıca düşünülüb.

Mobil tətbiq sadəcə veb səhifəni telefona sığışdırmaq deyil. Garsonun masada sürətli işləməsi, rəhbərin telefondan rahat oxuması və müştərinin QR menyuda aydın seçim etməsi üçün ayrı təcrübə lazımdır.

ComfortPOS Garson Masadan sifariş, əlavə qeyd, hesab və mətbəx statusu üçün mobil tətbiq.
ComfortPOS İdarə Satış, masa, kassir, filial və günlük göstəricilər üçün rəhbər mobil paneli.
ComfortPOS QR Menyu Müştəri üçün dijital menyu, məhsul şəkilləri, kateqoriya və qiymət təqdimatı.
Android və iOS Tətbiqlər App Store və Play Store üçün təqdim ediləcək; linklər yükləmələr səhifəsində olacaq.

Təcrübə fərqi

Restoran POS-u bir ayda yığılıb vitrinə qoyulan proqram olmamalıdır.

Restoran sistemi real obyektin təzyiqinə dözməlidir: pik saat, internet problemi, səhv sifariş, kassir dəyişimi, mətbəx gecikməsi, endirim, qaytarma, filial hesabatı. ComfortPOS-un üstünlüyü təkcə ekran dizaynı deyil, 600-dən çox müəssisə ilə real iş proseslərindən keçmiş məntiqdir.

Diqqət çəkən üstünlük

Restoranda gecikən sifariş, qarışan hesab və görünməyən satış qazancı azaldır. ComfortPOS Restoran bu axını nəzarətə alır.

Restoran üçün müraciət et